Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hakimiyyəti dəstəkləməyə hazıram” - Rüstəm İbrahimbəyov 

Rüstəm İbrahimbəyov kadr dəyişiklikərindən danışdı...

“Ramiz Mehdiyev və Əli Həsənov kimi adamların işdən çıxarılması sözsüz ki, müsbət addımdır və bunu ancaq alqışlamaq olar”.

PİA.az Azpost.info-ya istindən bildirir ki, bu barədə tanınmış kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Turan-a müsahibəsində bildirib: “Onları çoxdan çıxarmaq lazım idi, ən yaxşı isə ora təyin etməməliydilər. Bugünkü rəsmi ideologiyada nə qədər mənfi varsa, onların fəaliyyətinin nəticəsidir”, – R.İbrahimbəyov deyib.

Eyni zamanda o qeyd edib ki, həmin adamların kənarlaşdırılması aysberqin ancaq görünən hissəsidir: “Hələlik məlum deyil, bunun arxasında nə durur. Bu, taktiki addımdır, yoxsa strategiya dəyişikliyidir?”, – dramaturq deyib.

R.İbrahimbəyov ümumilikdə ideoloji cəbhədə vəziyyətin böhranlı olduğunu deyib: “Bu, telekanalların və KİV-lərin çox aşağı səviyyədə olmasında, az-çox müstəqil olanın da dağıdılmasında, plüralizmin olmamasında özünü göstərir. Mədəniyyət sahəsində də: teatr, kino, musiqi və digər sahələrdə vəziyyət yaxşı deyil. “İnanıram ki, hakimiyyət məhz bu səbəbdən Mehdiyev-Həsənov tandemini uzaqlaşdırıb və bu tədbirləri alqışlayıram. Rəhbərliyin son addımları məni sevindirir və nikbinlik yaradır. Özlərini gözdən salan köhnə kadrların getməsi və gənclərin, təhsilli şəxslərin gəlməsi sözsüz ki, vəziyyəti sağlamlaşdıracaq. Mən bu addımları hər vəchlə dəstəkləyirəm və lazım gələrsə, bu məsələdə hakimiyyətə mümkün olan bütün yardımı göstərməyə hazıram”, – R.İbrahimbəyov vurğulayıb.

“Hələ bir neçə il əvvəl mədəniyyət və ictimai xadimlər Ziyalılar Forumunu yaratmışdılar. Bu Forum məhz cəmiyyətin sağlamlaşdırılması məsələsinin vacibliyini qarşıya qoyurdu. Ramiz Mehdiyevin və Əli Həsənovun sayəsində bizi düşmən və hakimiyyəti devirməyə çalışan müxalifətçilər kimi təqdim edirdilər. Ümid edək ki, onların yerinə gələnlər özlərini başqa cür aparacaqlar”, – R.İbrahimbəyov deyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar